Hadisə şahidlərinin verdikləri məlumata görə, bu səbəbdən qatarlar 20-30 dəqiqə yubanıb. Nəticədə demək olar ki, bütün stansiyalarda sərnişin sıxlığı yaranıb.
Məsələyə aydınlıq gətirmək üçün Bakı Metropolitenilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ANS PRESS-ə açıqlamasında metroda nasazlığın yarandığını təsdiqlədi. Onun sözlərinə görə, metronun "Nəriman Nərimanov" stansiyasında texniki nasazlıq yaranıb. Bu səbəbdən də, bütün istiqamətlərdə qatarların qrafikində yubanmalar olub.
"Hazırda texniki nasazlıq aradan qaldırılıb. Qatarların qrafiki qaydasına salınır", - deyə Nəsimi Paşayev bildirib.
Qeyd edək ki, hadisə nəticəsind xəsarət alan olmayıb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.