Milyarder Araz Ağalarov biznesinin bir hissəsini oğlu Eminin idarəçiliyinə verib.
Cia.az-ın məlumatına görə, "Crocus Group" şirkətlər qrupunun prezidenti özü bu barədə Rusiyanın "Vedomosti" qəzetinə müsahibəsində deyib.
Hazırda tanınmış bəstəkar-müğənninin tabeçiliyində “Vegas” ticarət-əyləncə kompleksi, “Restaurants by Crocus Group” brendi altında 23 restoran, “Crocus City Moll” ticarət kompleksi, eyniadlı konsert zalı, “Vegas City Hall” konsert zalı, Azərbaycanda, Nardaranda “Sea Breeze Resort” layihəsi və digər obyektlər var.
"O pulları idarə edir – konsert zalının 1 gününün icarəsi 1,5 milyon rubldur. Kremldəki konsert zalının da icarəsi təxminən o qədərdir. Orada yer azdır – 4800, Krokus Sitidə isə – 6200. Zal ilboyu yetərincə məşğuldur, icarəyə götürənlər çoxdur" - deyən Araz Ağalarov, oğlunun restoran biznesinin daha gəlirli olduğunu vurğulayıb.
Araz Ağalarov oğlunun tikinti biznesilə məşğul olmamasına gülərək aydınlıq gətirib: "Emin tikinti biznesilə məşğul olsa, o zaman mənim üçün iş qalmayacaq. Gərək onda pensiyaya çıxam. Mənim üçün tikinti asandır. Konseptual görüşlər keçirmək və icarədarların seçimini aparmaq mənə görə daha qəlizdir".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.