banner
banner

Sosİal

Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq

Bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq.

SOCAR-dan Cia.az-a verilən məlumata görə, iyunun 24-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Zərdab” və “Balakən”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Qazaxbəyli”, Astara Magistral qaz kəmərləri sahəsinin “Nərimankənd”, “Avrora” və “Cəlilabad” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində Qazax rayonunun Daşsalahlı, Kosalar, Qazaxbəyli, Orta Salahlı, Aşağı Salahlı və Canallı, Sabirabad rayonunun Nərimankənd, Olacalı, Əhmədabad, Müsəlli və Şıxlar, Lənkəran rayonunun Hirkan, Cərətük, Aşağı Nüvədi, Büzəli, Mamusta, Parakənd, Bala Şürük, Yuxarı Nüvədi, Südəmordux və Vələdi, Cəlilabad rayonunun Uzuntəpə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. 

Aparılan işlərin Zərdab və Balakən rayonlarının bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.