banner
banner

Dünya

70-ci illərin seks-simvolu dünyasını dəyişdi

70-ci illərin seks-simvolu dünyasını dəyişdi
Tanınmış italyan aktrisa, 1970-ci illərin seks-simvolu sayılan Laura Antonellinin cəsədi tapılıb.

Cia.az xarici mətbuata istinadən xəbər verir ki, 74 yaşlı aktrisanın meyidini evində qulluqçusu aşkarlayıb. Təcili tibbi yardım çağırılsa da, Lauranın həyatını xilas etmək mümkün olmayıb.

L.Antonellinin aktrisa kimi ilk debütü 1965-ci ildə “On altı illiklər” filmində kiçik rolla başlayıb. O, məşhurluğu isə “Hiyləgərlik” filminə görə qazanıb. Bundan sonra o, bir sıra erotik çəkilişlərdə yer alıb. 1991-ci ildə Lauranın üzərindən kokain aşkarlandığından həbs olunub. Lakin aktrisanın həbsi ev dustaqlığı ilə əvəz edilib. Yalnız 10 il sonra L.Antonelli sərbəst buraxılıb.

Laura “Xəyal” filminin çəkilişləri zamanı üzünə edilmiş uğursuz kollaqen ineksiyadan sonra depressiyaya düşmüş və psixloji problemləri yaranmışdı. Elə bu səbəbdən aktrisa son 20 ildir ki, evdən çölə çıxmamış, insanlardan uzaqlaşmışdı.
 
 


 

 

 

 

 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.