Türkiyəli doktor Fevzi Özgönül bəzi xəstəliklərdən əziyyət çəkənlərin və hamilələrin oruc tutmamasını məsləhət görüb.
Türkiyə mətbuatının xəbərinə görə, o, Ramazan ayında oruc tutmağın kimlər üçün riskli olduğunu açıqlayıb. Onun fikrincə, aşağıdakı kateqoriyalara daxil olanlar əsla oruc tutmamalıdırlar:
* Hamilələr
* Uşaq əmizdirən analar
* Şəkər xəstələri
* Ürək-damar sistemi ilə bağlı xəstəliyi olanlar
* Xroniki xəstəliklərdən əziyyət çəkənlər
* Ciddi psixoloji problemləri olanlar
* Yetkinlik yaşına çatmayan uşaqlar
* Kimyəvi terapiyaya müraciət edən xərçəng xəstələri
Həkim Fevzi Özgönül bildirir ki, təzyiq xəstələrinin də oruc tutması risklidir:
“Oruc tutmaq uzun müddət susuz qalmaq deməkdir. Bu isə qan dövranına mənfi təsir edir. Əgər oruc tutarkən təzyiqiniz tez-tez yüksəlir və ya aşağı enirsə, bu orucun sizin üçün riskli olduğundan xəbər verir”.
Həkim ürək xəstələrinin qış və payız aylarında oruc tuta biləcəklərini, ancaq yay aylarına düşən Ramazanda oruc tutmamalı olduqları qənaətindədir:
"Yay aylarında tutulan oruc bədənin su itirməsinə səbəb olur. Bu da ürək xəstələrinin vəziyyətinin pisləşməsinə gətirib çıxara bilər. Ona görə də, ürək xəstələrinə oruc tutmamağı məsləhət görürəm”.
Həkimin sözlərinə görə, 18 yaşı tamam olmamış uşaqlar və yaşlılar da oruc tutmamalıdırlar:
"18 yaşı tamam olmamış uşaqların qidalanma rejimini dəyişdirməsi düzgün deyil. Özünü sağlam və güclü hiss edən qocalar oruc tuta bilərlər. Ancaq yorğun, qüvvətsiz, əlləri titrəyən qocaların oruc tutması düzgün deyil”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.