Günə necə sağlam başlamaq olar? Dünyanın çox həkimləri, dietoloqları bu sual üzərində onlarla araşdırma aparıblar. Nəticədə ən yaxşı mütəxəssis, həkimlərin araşdırmalarından ibarət bir siyahı hazırlanıb. Mütəxəssilərin sözlərinə görə, səhər yeməyi yüngül, bununla belə bədəni enerji ilə təmin edən olmalıdır. ANS PRESS ən faydalı səhər yeməklərini təqdim edir.
1. Omlet Yumurta səhərə enerji ilə başlamaq üçün ən faydalı məhsuldur. Bu məhsulun tərkibindəki maddələr xolestroldan qoruyur. Bundan əlavə gündəlik zülalın 14 faizini yumurta ilə qəbul etmək mümkündür.
2. Yulaf Ən yaxşısı özünüzün hazırladığı sıyıqdır. Belə ki, süddə hazırlanan yulafın içərisinə müxtəlif quru meyvələr, qoz, bir qaşıq bal əlavə etməklə həm vitaminli, həm də dadlı məhsul əldə edə bilərsiniz.
3. Ballı və meyvəli kəsmik Amma yağlı kəsmikdən uzaq durmağa çalışın. Mədəni səhər artıq yağlarlala doldurmaq lazımdır. 5-9 faizli yağı olan kəsmik ən idealıdır. Səhərlər kəsmik, istədiyiniz giləmeyvə, 1 qaşıq bal və bir qaşıq xama ilə özünüz üçün vitaminli yemək hazırlaya bilərsiniz.
4. Buterbrod Ən məşhur və tez hazırlanan səhər yeməyi buterbroddur. Amma gəlin onu kolbasa və ağ çörəksiz daha faydalı edək. Məsələn çovdar çörəyi, yağsız kəsmik, yaşıllıq və bir tikə hinduşka quş əti. Çörəkdəki B vitamini immuniteti qoruyacaq, kəsmik faydalı kalsium, hinduşka ətindəki amin turşusu olan triptofan gümrahlıq və yaxşı əhval ruhiyyə verir. Buterbrodu pomidor, pendirlə də zənginləşdirə bilərsiz.
5. Oladya və blin Səhərlər meyvəli oladyadan (buğda unundan bişirilən kökə) dadlı nə ola bilər? Blinlərlə də səhər yeməyini zənginləşdirə bilərsiniz. Bu məhsulları meyvələrlə və məsələn, balqabaq kimi tərəvəzlə zənginləşdirsəniz faydası daha çox olacaq.
Bundan başqa siyahıda sıyıq, quru meyvəli yulaf, meyvə salatı, qatıq, az kalorili pendir kimi məhsulr da var.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.