banner
banner

Dünya

Nazir və deputat meydandan qovuldu

Nazir və deputat meydandan qovuldu
Dünən yerli vaxtla səhər saat 7-də nümayişçilər ərazidə təmizlik işləri aparıblar. Gecə küçədə qalanların əvəz olunması üçün etiraza qoşulanlara çağırış edilib. Etirazçılara su və yemək gətirilir. Nümayişçilər bir daha təkrar edirlər ki, onların lideri yoxdur, onları oturaq aksiya keçirmək qərarı birləşdirir.  
İyunun 23-də axşam nümayişçilərə deputatlar, aktyorlar və şou-biznes nümayəndələri qoşulublar. İyunun 24-də səhər aktyor Ovanes Azoyan aksiya iştirakçılarına hüquq-mühafizə orqanlarının "Azadlıq" meydanına qayıtmaları ilə bağlı təklifini çatdırıb. Təklif qəbul olunmayıb. Etirazçıların fikrincə, Baqramyan prospektindəki vəziyyət onlara sərf edir. "Bir də heç kimi göndərməyin!" - nümayişçilərdən biri polisin üstünə qışqırıb. 
 
Etirazçılar arasında Prezident Serj Sərkisyana yönəlik "Serjik get!" deyib səslənən də var.
Digər məlumata görə, nümayişçilər dövlət rəsmilərinin və hakim Respublika Partiyasından olan deputatların onlarla təmas qurmasına razılaşmırlar. Hakim partiyadan deputat Samvel Farmanyan, eləcə də təhsil və elm naziri Armen Aşotyanın davranışları isə etirazçıları qəti addım atmağa vadar edib. Nümayişçilər sərt şəkildə hər iki şəxsin ərazidən çıxıb getməsini tələb ediblər. Etiraz edənlərin bəziləri hətta onları "cındır" da adlandırıblar.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.