Pakistanda istidən ölənlərin sayı 1000 nəfəri ötüb. Təkcə Karaçi şəhərində 950-dən çox adam ölüb. Həmçinin digər vilayətlərdə 50-dən çox adamın öldüyü xəbər verilir. Ramazan ayının başlanğıcından bu yana regionda güclü istilər düşüb. Ötən istirahət günlərində Karaçidə 45 dərəcə isti olub. Adının çəkilməsini istəməyən rəsminin sözlərinə görə, günvurmadan 40 mindən çox adam xəstələnib və onların 8000-dən çoxu xəstəxanaya düşüb. İyunun 25-də Karaçidə isti 37 dərəcəyə düşüb. Hökumət şəhərdə 100 tibbi mərkəz yaradıb.
Ölkənin nüfuzli dini xadimi iyunun 24-də bəyan edib ki, xəstə və zəifləmiş insanlar oruc tutmaya bilərlər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.