banner
banner

Dünya

NATO Ukraynaya əlavə hərbi dəstək verəcək

NATO Ukraynaya əlavə hərbi dəstək verəcək

NATO minaların zərərsizləşdirilməsi də daxil olmaqla Ukraynaya əlavə dəstək göstərəcək.

Bunu təşkilatın baş katibi Jens Stoltenberg iyunun 25-də NATO-Ukrayna şurasının Brüsseldə keçirilən iclasında deyib.

O bildirib ki, NATO minaların zərərsizləşdirilməsi və kustar partlayıcı qurğuların məhv edilməsi üçün yeni fond yaradır.

Stoltenberg həmçinin qeyd edib ki, NATO regionun hava məkanını daha yaxşı qorumaq üçün tədbirlər görür.

O, həmçinin Moskvanı Ukraynanın şərqindəki rusiyapərəst separatçılara dəstəyi dayandırmağa çağırıb və qeyd edib ki, Rusiya hələ də separatçıları canlı qüvvə və hərbi avadanlıqlarla təhciz edir.

Bu ilin fevralında Minskdə atəşkəs sazişi imzalanmasına baxmayaraq vaxtaşırı Ukraynanın şərqində silahlı toqquşmalar və döyüşlər müşahidə olunur.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 6400-dən çox adam ölüb.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.