Ötən həftə “Xidmət” hərəkatının ABŞ-da yaşayan lideri Fətullah Gülənin ölüm xəbərinin yayılmasından sonra Türkiyə mətbuatı onun yerinə keçəcək şəxsi açıqlayıb. Bu barədə yerli “Aydınlıq” qəzetinin köşə yazarı Sabahəddin Önkibar öz köşəsində yazıb:
“Sosial şəbəkədə “Fətullah Gülən öldü” xəbəri yayıldıqdan sonra Ankarada böyük bir pıçıltı başladı. Gülən, Mustafa Özcanı vəliəhd seçmiş. Bunu həm əl yazısı ilə bəyan edib, həmdə əsas heyətə şəxsən təbliğ edib. CIA və MOSSAD Güləni buna məcbur edib”.
Qeyd edək ki, ötən həftə sonu Ömər Adıyaman adlı jurnalist Fətullah Gülənin ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsində yatdığını və hətta öldüyünü iddia etmişdi.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.