banner
banner

Sosİal

Şirvanda 6 ailə su istəyir

Şirvanda 6 ailə su istəyir
Şirvan şəhəri, Xanlar küçəsi, döngə 2, ev 5-də yaşayan Vəli Vəliyev bildirir ki, şəhərdə içməli su təchizatının normal olmaması  əhaliyə ciddi problemlər yaradıb. 
"Bizim ərazidə əhali şəxsi mənzillərində yaşayır. Havaların isti keçdiyi vaxtda 6 ailə içməli su tapa bilmir, 3 aydır əziyyət çəkirik. Su xətti 1958-ci ildə çəkilib. Artıq həmin boru istismar müddətini bitirib. Belə ki, təzyiq olanda boru partlayır, təzyiq  az olanda isə bizə su gəlmir. Dərdimiz çəkilməz olub. Problemlə bağlı aidiyyatı dövlət qurumlarına müraciət olunub. "Azərsu" ASC-nin "955" qaynar xəttinə məlumat vermişəm",-deyə V.Vəliyev bildirib. 
 
Şikayətçi deyir ki, müraciətlərə boş vədlərlə dolu cavablar alıb: "Bu gün düzələcək, sabah düzələcək. Ağaclar quruyub, həyətimizdəki bütün yaşıllıqlar məhv olub. 6 ailəyə həftədə bir dəfə maşında su gətirilir. Bu yetərli deyil. Həmin sudan ölməmək üçün istifadə edirik. Digər problemlərimiz qalmaqdadır".
 
Problemlə bağlı olaraq "Azərsu" ASC-dən münasibət öyrənmək üçün dəfələrlə cəhd etsək də, telefon zənglərimiz cavabsız qaldı.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.