banner
banner

Sosİal

Azərbaycanda anomal hava müşahidə edilir?

Azərbaycanda anomal hava müşahidə edilir?

Bu ay Azərbaycanda hava şəraiti nisbətən mülayim keçir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş hidrometeroloqu Asif Verdiyev də Cia.az-a açıqlamasında bildirib ki, hazırda anomal istilər müşahidə olunmur.
"Yaxın günlərdə də yüksək temperatur, yaxud da anomal hava şəraiti olmayacaq. Havanın tempraturu iyun ayına xarakterik olacaq".
Bu gün və sabah Bakıda hava şəraiti mülayim keçəcək. Sabah Bakıda gündüz 27-32 dərəcə, gecə isə 20-25 dərəcə isti olacaq.
Bakıda və Abşeron yarmadasında hava küləkli, dəyişkən buludlu olacaq, arabir tutulacaq. Havanın yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Asif Verdiyev deyir ki, Aran rayonlarında tempratur paytaxta nisbətən bir qədər yüksək olacaq - gündüz 34-39, gecə 20-25 dərəcə isti.

Dağlıq rayonlarında isə nisbətən mülayim hava müşahidə olunacaq. Dağlıq bölgələrdə havanın tempraturu gündüz 24-29, gecə 14-15 dərəcə təşkil edəcək. Arabir yağış yağacağı ehtimalı var.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.