Putinin 4 ölkəni tutmaq planı üzə çıxdı: Sensasiya
Rusiyanın şimal-qərbində bu ilin martında keçirilən qəfil və irimiqyaslı hərbi manevrlərin dörd ölkənin ərazisini ələ keçirmək üçün məşq olduğu üzə çıxıb.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Avropa Siyasi Analiz Mərkəzinin (CEPA) eksperti Edvard Lukas bildirib.
“Yeni soyuq müharibə: Kreml Rusiyanı və Qərbi necə təhdid edir” adlı kitabın müəllifi olan mütəxəssis bu barədə özünün “Yaxınlaşan qasırğa” adlı hesabatında bəhs edir.
Hesabatda bildirilir ki, həmin manevrlərdə “şərti düşmən” adı altında əslində Finlandiya, İsveç, Danimarka və Norveç nəzərdə tutulub. Rusiya qoşunları həmin ölkələrin konkret regionlarını - Finlandiyanın Aland adalarını, İsveçin Gotland adalarını, Danimarkanın Bornholm əyalətini və Norveçin şimalını tutmağı məşq ediblər.
E.Lukasın məlumatlarına görə, hərbi manevrlərdə 33 min hərbçi iştirak edib. Bu cür qəfil və irimiqyaslı hərbi manevrlər NATO rəhbərliyini narahat edib. Baş katib Yens Stoltonberq manevrləri “dünyada stabilliyə təhdid” adlandırıb və onun xəbərdarlıqsız keçirilməsindən narazılıq bildirib.
Ekspert qeyd edir ki, Rusiyanın həmin ssenarisinin həyata keçirilməsi cəmi bir neçə saata NATO-nun hərb tarixinin ən uğurlu hərbi ittifaqı imicini darmadağın edərdi. Eyni zamanda ABŞ-ın Avropanın təhlükəsizliyinin qarantı olduğu barədə təsəvvürləri heçə endirərdi.
E.Lukasın sözlərinə görə, Avropanın şimal ölkələri dağınıqdır, vahid blokda çıxış etmir. Kimisi NATO-nun üzvüdür, kimisi yox. Bəzisi Avropa İttifaqının üzvüdür, bəzisi avtonom qalmağa üstünlük verir.
Hesabatda həmçinin deyilir ki, ötən ilin iyununda Rusiya təyyarələri Danimarkanın Bornholm əyalətinə hücumu məşq ediblər.
Bu ilin martında isə Rusiyanın Danimarkadakı səfiri Mixail Vanin Kopenhagenin Avropada raketdən müdafiə sistemlərinə qoşulmaq planlarına çox sərt reaksiya verib. Bildirib ki, bu addım Danimarkanı Rusiyanın nüvə silahlarının qanuni hədəfinə çevirəcək.
Mart ayında keçirilən qəfil manevrlərdə Rusiya aviasiyası və donanması, hava-desant qüvvələri iştirak edib. Desantçılar şimal qütbünə endirilib və orada “şərti düşmənlə tanış olmayan meydançada” döyüş aparıb.
Bundan əvvəl xüsusi təyinatlı kəşfiyyat-desant qüvvələri şərti düşmənin arxasına endirilib və desant qruplaşmalarının qəbul edilməsi üçün ərazi ələ keçirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.