banner
banner

Sosİal

Turistlər Bakıda hara gedirlər? - VİDEO

Turistlər Bakıda hara gedirlər? -

Azərbaycana üz tutan əcnəbi qonaqlar asudə vaxtlarını daha çox kinoteatrlarda keçirir. Onlar burada daha çox Azərbaycanın milli filmlərinə baxmağa üstünlük verirlər.

Cia.az-ın ANS TV-yə istinadən məlumatına görə, ölkəmizə üz tutan əcnəbi qonaqlar tarixi məkanları diqqətdən kənarda qoymadıqları kimi, mədəniyyət ocaqlarımızı görmədən getmək istəmirlər. Bunun üçün də asudə vaxt tapan kimi bu imkanı dəyərləndirərək teatr, sinemalara üz tuturlar. Özü də turistlərin əksəriyyəti milli filmlərimizi izləməyə üstünlük verir.

“Bülbül prospektinin ərazisində yerləşən kinoteatra gedirəm. Orada Azərbaycan filiminə tamaşa edəcəm. Özüm isə indi fimə baxmağa tələsirəm”, – deyə malaziyalı turist Fayfil Mumammadali bildirib.

“Burada olduğumuz müddətdə kinoteatra gedirik, özəliklə də Nizami adına kinoteatrına. Ondan sonra da caz kluba. Çox xoşuma gəlir”, – deyə kanadalı turist Deil Makykrant qeyd edib.

Paytaxtda müşahidələrimizi davam etdirərək, bu dəfə italiyalı turistlə həmsöhbət oluruq. Onun fürsətdən istifadə edərək bizim tanınmış sənət adamlarının qəbirlərini ziyarət etdiyini öyrənirik.

İtaliyalı turist Aleksandr Visali bildiri ki, şəhəri gəzdikdən sonra biz Fəxri xiyabana möhtəşəm bəstəkar Müslüm Maqamayevin qəbrini ziyarət etməyə getdik, ondan xoşumuz gəlir.

Eşitdiklərimdən təccüblənməyə bilmirəm, amma eyni zamanda da çox sevinirəm. Yəni ölkəmiz, onun görkəmli xadimləri əcnəbilərdə bu qədər maraq oyada bilib.

Deməli ən azı bir neçə nəfər Azərbaycan haqda, onun görkəmli şəxsiyyətləri haqda məlumat öyrənir və bu haqda gedib öz ölkəsində də daha bir neçə nəfərə məlumat verəcək.

Ölkəmizə təşrif buyuran Novosibirsk vilayətinin idman naziri Vyatçeslav Bratsev bildirir ki, onun çox vaxtı olmasa da, fürsət tapıb Bakının hər yerini gəzə bilib:

“İşərişəhərdə o əfsanəvi “Briliyant əl” filiminin çəkildiyi məkana baş çəkdik. Bizi faytonda gəzdirdilər. Bundan başqa Dənizkanarı Milli Parkda və Bayraq Meydanında olduq. Bayrağınıza heyran qaldım”.

Göründüyü kimi əcnəbi qonaqlar heç də Bakıda bekar qalmır. Amma yaxşı olardı ki, ölkəmizə gələn əcnəbi qonaqlara xüsusi turlar təşkil edilsin.

Onlar tək kinoteatrlara deyil, həm də digər gəzməli görməli yerlərimizi ziyarət edə bilsin. Axı göstəriləsi, fəxr ediləsi hələ çox şey var.

 
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.