banner
banner

Şou

“Məmurların məndən zəhləsi gedir”- Aytən

“Məmurların məndən zəhləsi gedir”-

“Deyirlər, efirdə daim həqiqəti söylədiyim, adi insanların tərəfini tutduğum, söz azadlığının bariz nümunəsi olduğum (hansının ki, qarantı birbaşa cənab prezidentdir) üçün bəzi məmurların məndən zəhləsi gedir. Hətta məni efirdə görmək istəmirlər”. 

Cia.az xəbər verir ki, bu sözləri ANS TV-nin aparıcısı Aytən Səfərova sosial şəbəkədə yazıb. 

Aparıcı bəzi məmurlardan gileylənib:

“Deyirlər, efirdə daim həqiqəti söylədiyim, adi insanların tərəfini tutduğum, söz azadlığının bariz nümunəsi olduğum (hansının ki, qarantı birbaşa cənab Prezidentdir) üçün bəzi məmurların məndən zəhləsi gedir. Hətta məni efirdə görmək istəmirlər. Bu səbəbdən, 20 il Vətəninə canla-başla xidmət edən bir jurnalist olaraq nə bu il iyulun 22-də (Milli Mətbuat Günü – red.) ad alacağam (ortada yeyib, qıraqda gəzənlərdən, şüvən qoparanlardan fərqli olaraq), nə də gələn il mənzil üçün ümid edə bilərəm. 

Mən buna inanmaq istəmirəm, amma reallıq tamam başqa şeydən xəbər verir. Nə etməli?! Adi “rakkadaçika” aparıcı olmaq, yoxsa nə?! Bəlkə siz bir çıxış yolu mənə dediniz (hər halda ağıl ağıldan üstündür)”.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.