ATƏT-in İrəvan bürosu rəhbərinin müavini Uilyam Xenlon Ermənistanın "İrs" Partiyasının aclıq elan edən üzvü David Sanasaryan ilə görüşüb.
ANS PRESS-in məlumatına görə, siyasi partiyanın nümayəndəsi noyabrın 12-də Qarabağda vertolyotun vurulmasına etiraz əlaməti olaraq bu gün aclığa başlayıb. O, etiraz aksiyasını ATƏT-in İrəvan bürosu ofisinin qarşısında keçirməyə qərar verib.
U.Xenlon görüşdə D.Sanasaryanın şikayətini dinləyib və bildirib ki, ATƏT-in İrəvan bürosu mandatı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə məşğul olmur: "Bununla ATƏT-in başqa strukturu məşğul olur. Biz əlimizdən gələni edəcəyik ki, sizin şikayətinizi ATƏT-in uyğun olan strukturlarına çatdıraq."
Xatırladaq ki, D.Sanasaryan Facebook səhifəsində Azərbaycan tətəfindən Qarabağ ərazisində vurulan vertolyotun və ekipajının taleyinə biganə yanaşmasına görə ATƏT-i sərt tənqid edib və aclığa başladığını bildirib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.