banner
banner

Gündəm

Polis 30 dəqiqə vaxt verdi

Polis 30 dəqiqə vaxt verdi

Ermənistanın paytaxtında minlərlə etirazçı Baghramian prospektində toplaşıb, polisin dağılışmaq əmrinə itaət etməyib. 

Cia.az azadliq.org-a istinadən xəbər verir ki, polis rəhbəri Vladimir Gasparian iyunun 28-də axşam etirazçılara göstəriş verib ki, Azadlıq Meydanını tərk etsinlər. Daha öncə Gasparian etirazçılara dağılışmaq üçün 30 dəqiqə vaxt verib. Onlara xəbərdarlıq olunub ki, əks halda “asayiş bərpa olunacaq”.

Ancaq etirazçılardan çoxu bu xəbərdarlığa məhəl qoymayıb, Baghramian prospektində oturaq aksiyanı davam etdirib. Etirazçılar arasında xeyli sayda qadınlar və uşaqlar var. Uşaqlar əllərində bayraq tutub. Polis azyaşlıların etiraz yerindən uzaqlaşdırılmasına dair xəbərdarlıq edib.

Polis bəyanatında media işçilərindən də tələb edib ki, polisə mane olmamaq üçün ərazini tərk etsinlər. Bu arada deputatlar, şou biznes təmsilçiləri, tanınmış ictimai xadimlər etirazçılarla polis arasında “canlı qalxan” yaradıb.

Bir həftədən çoxdur Yerevanın mərkəzində Electric Yeravan aksiyası davam edir. Nümayişçilər avqustun 1-dən elektrikin qiymətinin 16 faiz artmasına etiraz edirlər.İyunun 27-də Prezident Serzh Sarkisian deyib ki, müstəqil audit Rusiyaya məxsus elektrik şirkətinin qiymət artımı qərarının ədalətli olub-olmamasını araşdırana qədər hökumət “qiymət artımının yükünü” üzərinə götürəcək. Etirazçılar isə hökumətin qərarının ləğvini, iyunun 23-də aksiyanın zorakılıqla dağıdılmasına görə məsuliyyət daşıyan polis əməkdaşlarının cəzalandırılmasını tələb edir. 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.