Müğənni İbrahim Tatlısəs 4 ilə qədər həbs cəzası ala bilər.
MESAM (Türkiye Musıki Eseri Sahipleri Meslek Birliği) rəhbərliyiylə əlaqədar müğənni Arif Sağ və qrupu ilə İbrahim Tatlısəsin də yer aldığı qrup arasındakı mübahisə məhkəmə ilə nəticələnmişdi. Birinci İstanbul Fikri Sinai Haklar Məhkəməsinin hakimi Hazal Zengingül isə müğənni Əli Heydər Timisinin şikayətçi olduğu MESAM-ın lehinə qərar vermişdi.
Məhkəmə qərarına etiraz edən Tatlısəs “Twitter “hesabında MESAM-ın hüquqşunası Aslı Aslanın Fikri Sinai Hukuk Məhkəməsinin hakimi Həbibə Aslanın qızı olduğu üçün məhkəmədə MESAM-ın lehinə qərar verildiyini iddia etmişdi.
Həbibə Aslan isə türkücünün ona böhtan atdığını iddia edərək 100 min lirə mənəvi təzminat tələb edib.
İstanbul Məhkəməsində Tatlısesin 4 ilə qədər həbs olunması tələbi ilə məhkəmə prosesi baş tutub. Hakim reabilitasiya müalicəsi alan Tatlısəsin sağlamlığına qovuşduqdan sonra məhkəməyə gəlib ifadə verməsinə qərar verib. Məhkəmə prosesi irəli bir tarixə qədər təxirə salınıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.