Qalmaqallı qərarları ilə daima gündəmə gələn Şimali Koreya lideri daha bir gözlənilməz addım atıb. Cia.az-ın məlumatına görə, Kim Çen Inın dizaynını bəyənmədiyi üçün bir neçə gün öncə açılışı olan yeni hava limanının baş memarını öldürdüyü iddia edilib. Bu barədə xəbər Asiyanın xəbər portalı olan "The Diplomat"da yer alıb. Məlumata görə, Ma Von Çun böyük dövlət layihələrinin baş memarı olub. Onun 5 nəfər dövlət məmuru ilə birlikdə rüşvət və verilən əmrlərə tabe olmadığı üçün edam edildiyi deyilir.
Ma Von ötən ilin sonu itkin düşənə kimi Milli Müdafiə Komissiyasının dizayn departamentinin direktoru olub. Maraqlıdır ki, o Şimali Koreyanın mərkəzi xəbər agentliyi tərəfindən yayılan və Kim Çen In ilə həyat yoldaşının yeni hava limanı ərazisində gəzintisi fotolarında yer almayıb.
İddiaya görə, hava limanının ikinci terminalının inşaası zamanı problemlər yaranıb. Çünki memarlar ölkənin hakim partiyasının gözəllik anlayışına uyğun hərəkət etməmişdilər.
Bu Kim Çen Inın dövlət rəsmilərini edam etdirməsi ilə bağlı ilk xəbər deyil. Bir müddət öncə onun ölkənin müdafiə nazirini artileriya silahları ilə edam etdiyi haqqında məlumat yayılmışdı. Nazirin prezidentin iclasında yorğunluqdan mürgüləməsinin buna səbəb olduğu deyilirdi.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.