banner
banner

Dünya

Təyyarə təcili eniş etdi- 6 nəfər yaralandı

Təyyarə təcili eniş etdi-

Kanadanın Vinnipeq şəhərində yerli aviaşirkətlərdən birinə məxsus sərnişin təyyarəsi təcili eniş edib. Edmonton şəhərindən Toronto şəhərinə uçan təyyarədə 54 sərnişin və 5 ekipaj üzvü olub. 

Təyyarə təcili eniş etdikdən sonra oların hamısı fövqəladə çıxış pilləkənləri ilə təyyarəni tərk edib. Eniş zamanı 6 sərnişinin xəsarət aldığı bildirilir. 

Təyyarənin məxsus olduğu aviaşirkət təcili enişin təhlükə səbəbindən edildiyini bildirib, lakin bu təhlükənin nədən ibarət olduğunu açıqlamayıb. 

Bu, son bir həftə ərzində Kanadada üçüncü təyyarə insidentidir. Ötən həftəsonu eyni aviaşirkətə məxsus və Edmontona uçan təyyarə yalançı bomba həyəcanı ilə əlaqədar Saskatun şəhərinə yönləndirilmişdi. 

Bundan bir neçə gün əvvəl isə Sent-Cons Beynəlxalq Hava Limanında təyyarədə bomba olması xəbəri ilə əlaqədar müvəqqəti olaraq bağlanmışdı.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.