banner
banner

Dünya

Türk qırıcılarına bombardman əmri verildi

Türk qırıcılarına bombardman əmri verildi

PKK terror təşkilatının üzvləri Türkiyənin Hakkari vilayətində yerləşən hərbi bazaya hücum edib.
Türkiyə mətbuatı hərbi mənbələrə istinadən xəbər verir ki, PKK-çıların hücumundan dərhal sonra Türkiyə Silahlı Qüvvələrinin F-16 qırıcılarına Kandili bombalamaq əmri verilib. PKK tərəfinin açıqlamasında isə bildirilir ki, Türkiyə qırıcıları Kandildə PKK-çıların sığınacaqlarını bombalamaqla atəşkəs rejimini pozub.

Rəsmi Ankara isə bombardman əmrinin verilib-verilmədiyini barədə heç bir açıqlama verməyib. Hakkari valiliyindən PKK-çıların hərbi bazaya etdiyi hücum və qırıcıların Kandili bombardman etməsi ilə bağlı irəli sürülən iddialarla bağlı açıqlama verilib.

"Hakkarinin Dağlıca bölgəsində 2015-ci il mayın 1-dən etibarən bölücü terror təşkilatının üzvləri müxtəlif vaxtlarda 14 dəfə Türk əsgərlərinə hücum edib. İyunun 17-də isə Dağlıca kəndində minomyot mərmisinin düşməsi nəticəsində bir qız uşağı əl, ayaq və başından yaralanmışdı.

Eynilə iyunun 29 və 30-da terrorçular Dağlıcada minomyot və digər silahlarla hücuma keçiblər. Nəticədə minomyot mərmilərindən biri kəndin ortasına düşüb. Türkiyə Silahlı Qüvvələri terrorçuların hücumuna misli ilə qarşılıq verib. Bundan sonra da vətəndaşlarımızın can və mal itkisinə səbəb ola biləcək terrorçuların fəaliyyətinə qarşı sonuna qədər mübarizə aparılacaq", - deyə valilikdən verilən açıqlamada bildirilir.



Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.