"America's got talent" yarışmasında bacarığı ilə Amerikanı ayağa qaldıran azərbaycanlı Üzeyir Novruzov "Region TV"-yə müsahibə verib.
Cia.az-ın məlumatına görə, Ü.Novruzov 38 yaşındadır. Kiçik yaşlarından Çarli Çaplinin filmlərini izləyir. Beləliklə, arzularını öz kumirinin arzuları ilə eyniləşdirir. Kumiri sirkdə işləmək, sirk ustası kimi məşhurlaşmağı arzulasa da, bu ona nəsib olmayıb. Ondan fərqli olaraq, Üzeyir arzusuna çata bilib.
"Sirk ustası olmaq üçün 6-cı sinifdən bu işə başlamışam. Məktəbi bitirdikdən sonra Moskva sirkində sənətimi davam etdirmişəm. İşə təzə başlayanda qrimlərimi başqası edirdi, amma indi özüm edirəm. İştirak etdiyim səhnəciklərdə məni görənlər Çarli Çaplinə oxşadığımı deyirdilər. Bu səbəbdən də mən Çarli Çaplin obrazını seçdim" - deyə Üzeyir Novruzov bildirib.
Günlərin bir günündə, Üzeyirin "niyə də yox" deyəcəyi bir təklif gəlir:
"America's got talent" verilişinin yaradıcı heyəti internetdə mənim işlərimi görüb, mənə belə bir təklif etdilər, məni öz səhnələrində görmək istədilər. Mən də bu təklifi qəbul etdim. Çünki belə böyük bir səhnədə çıxış etmək hər bir sənətçinin arzusudur".
Onu Çarli Çaplin deyə çağırırlar. O, özü də Çarli Çaplin obrazını vizitkartı hesab edir.
Müsahibənin sonunda Üzeyir Azərbaycan xalqına təşəkkür edib:
"Mənim işlərimi izləyən bütün Azərbaycan xalqına təşəkkür edirəm".
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.