Aktyor Kənan İmirzalıoğlu ilə aktrisa Sinem Kobalın öpüşərkən çəkilmiş fotoları üzə çıxıb.
Cia.az-ın məlumatına görə, şəkilləri “Haberturk” saytı yayıb. Cütlüyün həmin fotoları Londonda hava limanındakı alış-veriş mərkəzlərindən birində lentə alınıb.
Əl-ələ tutan sevgililər tez-tez bir-birlərinə sarılaraq öpüşüblər.
Qeyd edək ki, K.İmirzalıoğlu ilə S.Kobal bir qədər əvvəl birlikdə İngiltərəyə tətilə yollanmışdılar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.