banner
banner

Dünya

Defolt vəziyyətində olan Yunanıstan ilkə imza atdı

Defolt vəziyyətində olan Yunanıstan ilkə imza atdı

Yunanıstan yaxın günlərdə keçiriləcək referendumdan sonra kreditorlarla yeni razılaşma əldə edə bilər. Bu sözləri Yunanıstan xalqına televiziya ilə müraciətində ölkənin baş naziri Aleksis Tsipras deyib:
“Biz insanların təqaüdünü qorumaq üçün çalışırıq. Bizim yeganə yolumuz vəziyyətlə bağlı xalqa müraciət etmək idi. Biz də referendum keçirməklə bu yola baş vurduq”.
O, 5 iyul referendumunda çıxa biləcək “Yox” cavabının Yunanıstanın Avropa Birliyindən ayrılmaq qərarı kimi qəbul olunmayacağını qeyd edib.

Buna qədər isə Beynəlxalq Valyuta Fondu Yunanıstanın təyin olunmuş tarixədək 1,5 milyard avroluq borcunu ödəmədiyini təsdiqləyib. Bununla da Homerin vətəni Fonda kredit üzrə ödəniş edə bilməyən ilk inkişaf etmiş ölkə kimi dırnaqarası da olsa, bir ilkə imza atmış oldu.

Beynəlxalq Valyuta Fondu Yunanıstan borcunu ödəməyənədək, ona maliyyə yardımının müddətini uzatmamağa qərar verib. Yunanıstanın kredit borcunu ödəmək üçün iyunun 30-u son tarix idi. İndi isə ölkə defoltla üz-üzədir, yəni müflisləşə bilər. Yunanıstan borcunu ödəməməklə, texniki defolta yol verib.

Banklar iyulun 6-dək bağlı olmasına qərar verilsə də, Yunanıstan Milli Bankının filialları yaşlı pensiyaçıların öz pensiyalarını ala bilməsi üçün qapılarını onların üzünə açıb.

Maliyyə Nazirliyi bütün ölkədə minə yaxın filialı 3 günlük açıb və bank kartları olmayan pensiyaçılara öz pensiyalarını götürmək imkanı yaradıb. Nəticədə bankların qarşısında uzun növbələr və sıxlıq yaranıb.

Yunanıstanın paytaxtı Afinada ölkə parlamentinin qarşısında Avropa Birliyi tərəfdarlarının etiraz aksiyası keçirilib. Fəallar ölkə rəhbərliyini referendum qərarını ləğv etməyə və beynəlxalq kreditorlarla razılığa gəlməyə çağırıblar.

Aksiya iştirakçıları bildiriblər ki, referendum olacağı təqdirdə isə xalq kreditorların borc şərtlərinə “müsbət” cavab verməlidir.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.