Lift və bir mərtəbə söküləcək- Ebru və əri ilə bağlı məhkəmə qərarı
Türkiyədə yaşayan azərbaycanlı iş adamı Rza Zərrabın müğənni həyat yoldaşı Ebru Gündeşə 2011-ci ildə ad günü hədiyyəsi olaraq aldığı tarixi binalarla bağlı qərar çıxıb. Həmin binalara əlavə olaraq tikilmiş mərtəbə və lift sökülərək köhnə vəziyyətinə qaytarılacaq.
Osmanlı dövründə inşa edilən və 1970-ci ildə ikinci dərəcəli tarixi əsər olaraq siyahıya salınan binalarda ötən il restavrasiya işlərinə başlanılıb. Bərpa işlərindən sonra tarixi evlərin görünüşündə əhəmiyyətli dəyişikliklər baş verib.
Hündürlüyü dəyişdirilmədən 3 mərtəbədən 4 mərtəbəyədək ucaldılan evlər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəzarətə götürülüb.
Rza Zərraba qarşı iddia ərizəsi ilə çıxış edilərsə, iş adamını 5 ilədək həbs də gözləyir. Aparılan araşdırmalar zamanı məlum olub ki, restavrasiya zamanı 2960 saylı Boğaziçi Qanunu pozulub. Əvvəlcədən təqdim olunan layihədə göstərilmədiyi halda, iki tarixi bina arasında yeraltı tunel, əlavə dördüncü mərtəbə və lift inşa edilib.
Tarixi əsəri bilərəkdən dəyişdirmək 2863 saylı qanunun 9-cu maddəsinə əsasən cinayət işi sayılır. Bunun isə cəzası 2 ildən 5 ilədək həbs, yaxud 5 min lirə (təxminən 1950 manat) pul cəriməsidir.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.