Balaca şahzadənin silikon modeli hazırlandı - FOTOLAR
Nataliya Lourens adlı qadın Böyük Britaniyanın balaca şahzadəsi Corcun silikon kuklasını hazırlayıb. Cia.az xarici mətbuata istinadən xəbər verir ki, 44 yaşlı Nataliya şahzadə Uilyamla Kembric hersoginyası Keyt Midltonun oğlunun modelini hazırlamaq üçün 2007-ci ildən işləməyə başlayıb.
30-dək müxtəlif oyuncaq hazırlayan qadının əl işlərindən daha çox Corcun kuklası bəyənilib. Alıcılar da daha çox balaca şahzadənin modelinə maraq göstəriblər.
N.Lourens ən böyük xəyalının Corcun silikon kuklasını kral ailəsinə göstərmək olduğunu bildirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.