banner
banner

Sosİal

Əlillərin işi asanlaşır

Əlillərin işi asanlaşır

Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi ilə bağlı müvafiq qurumların əməkdaşları üçün treninq keçirilib.

ANS PRESS-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadla verdiyi məlumata görə, müvafiq qurumların əməkdaşları üçün təşkil olunan treninq zamanı iştirakçılara sistemdən istifadə bacarıqları aşılanıb, onlara bu sistemin məqsədi, onun tətbiqi nəticəsində gözlənilən nailiyyətlər barədə məlumatlar çatdırılıb. Eyni zamanda təlimdə e-imza, e-sənəd haqqında və onlardan istifadəyə dair məlumatlar verilib.

ƏƏSMN tərəfindən yaxın vaxtlarda istifadəyə veriləcək Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi vasitəsilə əlillik müayinələrinin nəticələri ilə bağlı elektron məlumat bazası yaradılıb. Yeni məlumat bazası əlillik müayinələrinin nəticələri ilə bağlı aidiyyəti qurumlar arasında elektron məlumat mübadiləsinə, həmçinin vətəndaşlara əlilliyə görə pensiya və ya müavinət təyin olunması üçün müvafiq informasiyaların aidiyyəti qurumlar tərəfindən elektron qaydada əldə edilməsinə imkan yaradacaq. Bu isə əlillik təyinatları zamanı şəffaflığın təmin olunmasına və məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsinə gətirib çıxaracaq.

Yeni informasiya sistemi istifadəyə verildikdən sonra eyni zamanda vətəndaşlar da öz əlillik müayinələrinin nəticələri barədə məlumatları elektron qaydada əldə edə biləcəklər. Bu isə artıq əlillik müayinələri barədə elektron arayışların verilməsini təmin edəcək.

Treninqin sonunda İnformasiya texnologiyaları şöbəsinin əməkdaşları tərəfindən iştirakçıların İKT biliklərinin qiymətləndirilməsi aparılıb və informasiya sisteminə dair təkliflər müzakirə olunub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.