Uşaq və yeniyetmələrdə günəş yanıqları dəri xərçənginə çevrilə bilər. Bu baxımdan ekspertlər xəbərdarlıq edir ki, övladlarınızla çimərliyə gedərkən diqqətli olun. Uşaqlarda günəş şüalarından iltihablı yara meydana gəlibsə, gələcəkdə bu dəri xərçənginə kimi qarşınıza çıxa bilər.
Bu səbəbdən daha böyük problemlərlə qarşılaşmamaq üçün uşaqları günəşin zərərli təsirlərindən qorumaq vacibdir. Böyümə dövründə olan orqanizm üçün günəş şüalanmasının zərərli təsirləri çoxdur. Ata-analar, tibb bacıları, hətta məktəblərdəki müəllimlər də maarifləndirmə işi aparmalı, günün müəyyən saatlarında uşaqların açıq havada olmasının qarşısını almalıdırlar.
Birmənalı şəkildə uşaqları saat 11.00-16.00 aralığında birbaşa düşən günəş şüalarından uzaq tutun.
Qoruyucu kremdən istifadə edilsə belə, uzun müddət günəşlənmək uşaqlar üçün təhlükəlidir. Günəş şüalarının zərərli təsirlərindən qorunmaq üçün istifadə edilən kremləri seçərkən də diqqətli olun. Bu kremlərin qoruyucu təsiri daimi deyil, yalnız bir neçə saat təsir edə bilər. Əgər bədənə vurulan qoruyucu kremlərdə kimyəvi maddələr və parfüm varsa, günəşdən qoruma faktorları zəifdirsə, dəri tipinə uyğun deyilsə, mütləq yan təsirlər ortaya çıxacaq və dəridə problemlər yaradacaq.
Bədənə yaxılan qoruyucu kremin uzun müddət təsirli olacağını düşünmək də yanlışdır. Günün zərərli vaxtlarında heç bir krem dərinizdə problem yaranacağı riskini azaltmır. Bu səbəbdən dəri xərçənglərindən qorunmaq üçün müəyyən saatlarda açıq havaya çıxmamalı və günəşin zərərli təsirlərindən qorunmalıyıq.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.