Onlar Azərbaycanda arzuolunmazdır – 470 nəfərlik siyahı
Bu günlərdə qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazisinə - Dağlıq Qarabağa gedən rusiyalı milyonçu German Sterliqov Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər siyahısı"na daxil edilib.
Cia.az modern.az-a istinadən bildirir ki, bu, adı son bir həftədə Azərbaycan XİN-in "qara siyahısı"na düşən ikinci rusiyalıdır. Bir neçə gün öncə Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın tanınmış opera müğənnisi Lyubov Kazarnovskayanı da Qarabağa icazəsiz səfər etdiyinə görə "qara siyahı"ya salıb. Onların hər iksi işğal bölgəsinə icazəsiz səfər etməklə yanaşı, Azərbaycanın sərhədlər haqqında qanunvericiliyini də pozub, Ermənistanın Azərbaycana qarşı aqressiv işğalına haqq qazandırıblar.
Hazırda "arzuolunmaz şəxslər siyahısı"da 470-dən çox əcnəbinin adı var.
Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən ölkənin işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiklərinə görə "persona non qrata" elan edilmiş şəxslərin siyahısında xeyli tanınmış əcnəbi yer alır. Azərbaycana gəlişi yasaqlanan bu şəxslər arasında müxtəlif ölkələrdən olan siyasətçilərlə yanaşı, şair, yazıçı, heykəltəraş, musiqçi, jurnalist də var.
Xarici İşlər Nazirliyi "qara siyahı" sonuncu dəfə 12.06.2015-ci il tarixində yeniləmişdi. Amma German Sterliqov və Lyubov Kazarnovskayanın Qarabağa qanunsuz səfəri nazirliyi "arzuolunmaz şəxslər siyahısı"na yenidən baxmağa məcbur etdi.
Yeri gəlmişkən, XİN-in "qara siyahısı"nda yer alan ən çox əcnəbi Rusiya Federasiyasının vətəndaşlarıdır. Azərbaycanın digər qonşuları - İran, Gürcüstan və Türkiyədən də "arzuolunmaz şəxslər" var...
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.