banner
banner

Gündəm

Hacı İbrahimin işçilərindən - şok müraciət

Hacı İbrahimin işçilərindən -
"İbrahim İbrahimov may ayında həbsdə olduğunu bəhanə edərək əmək haqlarımızı verməkdən imtina edir"
Hacı Ibrahim Nehrəmlinin prezidenti olduğu “Avesta Konserni” MMC-nin bir qrup işçisi başda dövlət başçısı Ilham Əliyev olmaqla Baş prokuror Zakir Qaralov, Daxili işlər naziri Ramil Usubov, Milli təhlükəsizlik naziri Eldar Mahmudov, Maliyyə naziri Samir Şərifov, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Insan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira xanım Süleymanovaya, eləcə də Azərbaycanda akreditatsiya olunmuş səfirlik və diplomatik nümayəndəliklərin rəhbərlərinə müraciət edib.
Bu barədə info.org saytı məlumat yayıb. Şikayətçilərin müraciətində deyilir: “Biz hər birimiz müəyyən vaxtlarda Hacı Ibrahim Nehrəmli kimi tanınan Ibrahim Ibrahimovun prezident olduğu ”Avesta Konserni" MMC-də işləmişik. Işlədiyimiz müddətdə heç bir inzibati cəza almamış, əmək müqaviləsi ilə üzrə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmiş, verilən tapşırıqları tam, vaxtında və keyfiyyətlə yerinə yetirmişik. Bu göstəriciləri “Avesta Konserni” MMC-nin prezidenti Ibrahim Ibrahimov da inkar edə bilməz. Biz öz üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyimizə baxmayaraq bir neçə aydır ki, əmək haqqlarmızı ala bilmirik. Ibrahim Ibrahimov bu aylar ərzində bizim əmək haqqlarımızı verməsə də, həmin müddətdə bir neçə dəfə fəaliyyəti müəyyən olmayan, Ibrahim Ibrahimovla birbaşa əlaqəli qadınlarla ayrı-ayrı xarici ölkələrə səfər etməyə maliyyə imkanı tapmışdır. Mətbuata verdiyi açıqlamada heç bir maliyyə probleminin olmadığını, bütün işlərinin qaydasında getdiyini bəyan etsə də, əmək haqqlarımızı verməkdən birmənalı şəkildə yayınır. “Avesta Konserni”nin prezidenti Ibrahim Ibrahimov may ayında həbsdə olduğunu, bu səbəbdən də şirkətin işləmədiyini bəhanə edərək may ayı və hətta ondan sonrakı dövr üçün əmək haqlarımızı verməkdən ümumiyyətlə imtina edir. Halbuki, Ibrahim Ibrahimov mətbuata açıqlamasında cəmi iki gün Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsində saxlandığına dair açıqlama verib. Məhz onun saxlanıldığı qısa dövr ərzində şirkətin əməkdaşları daha aktiv fəaliyyət göstərmişdir. Əksəriyyətimiz isə hətta aprel və iyun ayları üçün də əmək haqqı almamışıq. Işdən çıxanlara isə qanunla müəyyən olunmuş son hesablaşma aparmaq, istifadə olunmamış məzuniyyət günlərinə görə müavinət belə ödəmək istəmir".
 
Hacı Ibrahim Nehrəmli tərəfindən hüquqları pozulan işçiləri müraciətlərinin sonunda ölkə başçısı Ilham Əliyevə xitabən yazır: “Siz hər bir vətəndaşın hüquqlarının təmintançısı olacağınız barədə Qurana və Konstitusiyaya and içmisiniz. Inanırıq ki, bizim əmək hüquqlarımızın bərpası üçün aidiyyəti orqanlara göstəriş verəcək, ”Avesta Konserni" MMC-nin prezidenti Ibrahim Ibrahimovun özbaşınalıqlarının qarşısını alacaq və onu heç olmasa bir dəfə qanunlara əməl etməyə məcbur edəcəksiniz".
 
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.