banner
banner

Gündəm

Rza Zərrabı məhkəməyə verən şəxs döyüldü - fotolar

Rza Zərrabı məhkəməyə verən şəxs döyüldü -
Türkiyədə yaşayan azərbaycanlı iş adamı Rza Zərrabın Osmanlı dövründə tikilən, Boğaziçində yerləşən tarixi binalarda restavrasiya işləri aparmasından məhkəməyə şikayət edən Hüseyn Sağ döyülüb. 
İstanbul Böyükşəhər Bələdiyyə Məclisinin CHP-li üzvü olan Sağ əsasən tarixi binalarda edilən dəyişikliklərə qarşı apardığı mübarizə ilə tanınır. Sonuncu dəfə Zərrabın 2011-ci ildə müğənni həyat yoldaşı Ebru Gündeşə hədiyyə etdiyi 2 mülkdəki tikinti işlərinə görə məhkəməyə baş vuran və iş adamından şikayət ərizəsi yazan Hüseyn başına gələnlər haqda bunları deyib: 

“Evimdən çıxdım, avtomobilimlə 150 metr getmişdim ki, bir maşın arxadan məni vurdu. Nə baş verdiyinə baxmaq üçün maşından düşdüm. Qəflətən üç nəfər mənə hücum etdi. Burnumu və çənə sümüyümü qırdılar. Hadisə yerindən uzaqlaşmasaydım, başıma daha pis işlər gələ bilərdi”. 

Qeyd edək ki, tarixi binalarda aparılan araşdırmalar zamanı məlum olub ki, restavrasiya zamanı 2960 saylı Boğaziçi Qanunu pozulub. Əvvəlcədən təqdim olunan layihədə göstərilmədiyi halda, iki tarixi bina arasında yeraltı tunel, əlavə dördüncü mərtəbə və lift inşa edilib. 

Tarixi əsəri bilərəkdən dəyişdirmək 2863 saylı qanunun 9-cu maddəsinə əsasən cinayət işi sayılır. Bunun isə cəzası 2 ildən 5 ilədək həbs, yaxud 5 min lirə (təxminən 1950 manat) pul cəriməsidir.
 
 


 

 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.