banner
banner

Gündəm

Bakıda bayraqlar yandırıldı- ABŞ, İsrail, Britaniya...+Fotolar

Bakıda bayraqlar yandırıldı-

Bakının Nardaran qəsəbəsində beynəlxalq "Qüds günü" münasibətilə aksiya keçirilib. 

Mitinqdə çıxış edən Nardaran ağsaqqallar şurasının sədri Kərbəlayi Natiq Kərimov dünyada müsəlmanlara qarşı atılan haqsız addımlara son qoymağa çağırıb.

O, Suriyada, İraqda müsəlmanların qanının töküldüyünü, bütün bunların səbəbkarının isə ABŞ olduğunu deyib: “İŞİD terror təşkilatı adı altında müsəlmanları qətlə yetirirlər. İsrail Fələstinə zülm edir. Yəməndə də müsəlmanlar eyni vəziyyətlə üzləşiblər. Belə addımlara qarşı birləşib etirazımızı bildirməliyik”.

Hacı Nuhbala Ağayev, Hacı Ağa Nuriyev bildiriblər ki, Dağlıq Qarabağın işğalı Qüdsün işğalının davamıdır, bunun qarşısını almaq üçün müsəlmanlarda döyüş ruhu olmalıdır.

ABŞ-ın və Qərbin müsəlmanlara qarşı həyata keçirdiyi siyasətə etiraz olunub.

Mitinqdə “İsrailə ölüm olsun”, “Qüds günü işğalçı rejimlərə nifrət günüdür”, “Məhv olsun İsrail” şüarları səsləndirilib.

Aksiyanın sonunda ABŞ-ın, İsrailin, Ermənistanın, Böyük Britaniyanın bayraqları yandırılıb.

Yekunda mitinqin qətnaməsi oxunub.

 

 
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.