Azərbaycanlılar Moskva əhalisinin sayca ikinci ən böyük milli qrupunu təşkil edir.
Bu statistik məlumatı asiarussia.ru portalı yayıb.
Saytın Rusiyanın güc strukturlarına istinadən verdiyi xəbərə görə, müvafiq qurumlar Rusiya ictimaiyyətini şoka salmamaq üçün bu informasiyanı rəsmən açıqlamayaraq onu gizli saxlamağa üstünlük verirlər.
Portal yazır ki, hazırda Moskvada 11 milyon nəfər adam yaşayır. Onların yalnız 4,6 milyon nəfərini slavyanlar (ruslar, ukraynalılar və belaruslar) təşkil edir.
Rusiya paytaxtı sakinlərinin milli tərkibi hazırda belədir: ruslar - 31 faiz, azərbaycanlılar - 14 faiz, tatarlar, başqırdlar və çuvaşlar - 10 faiz, ukraynalılar - 8 faiz, ermənilər - 5 faiz, taciklər, özbəklər, qazaxlar və qırğızlar - 5 faiz, koreyalılar, çinlilər və vyetnamlılar - 5 faiz, çeçenlər, dağıstanlılar və inquşlar - 4 faiz, belaruslar - 3 faiz, gürcülər - 3 faiz, moldovanlar - 3 faiz, qaraçılar - 3 faiz, yəhudilər - 2 faiz, digər xalqların nümayəndələri - 4 faiz.
O da bildirilir ki, bu gün Rusiyada yaşayan azərbaycanlıların sayı Bakıda yaşayan azərbaycanlıların sayından çoxdur. Moskvada yaşayn tatarların sayı isə Kazanda yaşayan tatarların sayından çoxdur. Rusiya müsəlmanlarının sayı son 15 ildə 40 faiz artıb. XXI əsrin ortalarına doğru hər 4 rusiyalıdan birini müsəlmanlar təşkil edəcək.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.