banner
banner

Gündəm

Aktyor aksiya keçirdi- nazirlik “öz işləridir” dedi

Aktyor aksiya keçirdi-

Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru Rasəf Mehdiyev bu gün Hökumət Evinin qarşısında aclıq aksiyası keçirib.

O, mətbuata açıqlamasında aksiyanın səbəbini  teatrda sözünün eşidilməməsi və Şuşa Teatrının direktoru Yadigar Muradovun ona qarşı apardığı şəxsi ədavətlə izah edib.

Virtualaz.org saytının əməkdaşı hadisə yerinə getsə də artıq aktyorun aksiyanı dayandırdığı və onun orada olmadığı məlum olub.

Məsələyə münasibət öyrənmək üçün Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxladıq.

Nazirliyin mətbuat katibi İntiqam Hümbətov virtualaz.org saytına açıqlamasında bildirdi ki, bu, teatrın daxili işidir: “Teatrın direktoru ona cavab verib və məlum olub ki, narazılıq tamaşa ilə bağlıdır. Teatrda səhnələşdirilən tamaşalar isə həmin qurumun daxili işidir. Biz ona qarışmırıq”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.