banner
banner

Gündəm

Məqsəd Nur ATV-də işdən çıxarıldı

Məqsəd Nur ATV-də işdən çıxarıldı

Azad Azərbaycan Televiziyasının (ATV) Xəbərlər Departamentinin rəhbəri Məqsəd Nur işdən çıxarılıb. 

Cia.az AzNews.az-a istinadən xəbər verir ki, kanal rəhbərliyinin bu barədə əmri bir neçə gün əvvəl verilib. Qeyd edək ki, M.Nurun işdən çıxarılacağı ilə bağlı xəbərlər çoxdan dolaşırdı. Hətta, bu ilin əvvəlində onun ATV-dən ayrılaraq “Xəzər” Televiziyasının Xəbərlər Departamentinə rəhbər vəzifəsinə gedəcəyi barədə də məlumatlar yayılmışdı. Bir neçə ay öncə isə M.Nurun kadrları hesab olunan bir qrup jurnalistin ATV-dən uzaqlaşdırılıması onun özüylə də yaxınlarda vidalaşılacağı xəbərini aktuallaşdırmışdı. Məlumata görə, onun işdən uzaqlaşdırılmasının bu qədər gecikməsi, ailəsində baş verən faciə - həyat yoldaşının intihar etməsi ilə bağlı olub.

Həmin vaxtdan işə demək olar ki, çıxmayan Məqsəd Nur bir neçə gün öncə çalışdığı kanaldan rəsmən ayrılıb.  Məsələylə bağlı ATV-nin sözçüsü Vaqif Aydınoğlu AzNews.az-a bunları deyib:“Məzuniyyətlə əlaqədar ATV-yə az-az gedirəm. Ona görə də xəbərim yoxdur. Dəqiqləşdirib sizə məlumat verərəm”. 

Məqsəd Nurun özü isə telefonlara cavab verməyib.

Məlumat üçün bildirək ki, ATV-nin hazırkı rəhbəri Vüqar Qaradağlı ilə Məqsəd Nur uzun illər “Lider” televiziyasında çalışıblar. O zaman da V.Qaradağlı ikincini işdən kənarlaşdırmışdı. Sonradan Qaradağlının özünü də “Lider”dən uzaqlaşdırdılar və o, eks-millət vəkili Gülər Əhmədovanın təsisçisi olduğu “Mərkəz” qəzetinin baş redaktoru vəzifəsində çalışdı. Qəribədir ki, bu iki jurnalistin yolları yenidən daha bir televiziyada (ATV) çarpazlaşdı. Amma bu dəfə də Qaradağlı Məqsəd Nur üzərində qələbə çaldı, onu yola saldı. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.