banner
banner

Hərbİ

Azərbaycan ordusu təlimlərdə

Azərbaycan ordusu təlimlərdə
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər. Müdafiə Nazirliyindən verilən məlumata görə, iyulun 13-dən 17-dək Oberamerqau şəhərində (Almaniya) “Kiçik, yüngül silahlar və minalarla bağlı fəaliyyətlər” kursu və iyulun 13-dən avqustun 9-dək İstanbul şəhərində (Türkiyə) “Açıq dəniz təlimi” keçirilir.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər. Azərbaycan bundan öncə iyulun 8-dən 10-dək Ankara şəhərində “ETERNITY-2015" kompüter dəstəkli komanda-qərargah təliminin planlaşdırma konfransında iştirak edib. Bir müddət öncə isə Azərbaycan və Türkiyə hərbi hava qüvvələrinin Konyada ”TurAz Şahini 2015" birgə təlimləri keçirilib. Təlimlər çərçivəsində qardaş ölkənin pilotları bir-birinin istifadəsində olan hərbi təyyarələri də sınaqdan keçiriblər.
 
Həmçinin ötən ilin sentyabrında Azərbaycanda keçirilən “Turaz Qartalı” təlimlərində Türkiyə HHQ-nin silahlanmasında olan F-16 tipli qırıcı təyyarələri sınaqdan keçirən azərbaycanlı pilotlar bu dəfə F-4 tipli qırıcı-bombardmançı təyyarələri idarə ediblər. Bundan başqa, Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopterləri Türkiyədə “İŞIK-2015" beynəlxalq axtarış-xilasetmə təlimlərində fəal iştirak edirlər və bu təlimlər çərçivəsində əməliyyatların yerinə yetirilməsinə cəlb olunublar.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.