banner
banner

Sosİal

“İcra başçısının mənə borcu yoxdur" - Futbolçu

“İcra başçısının mənə borcu yoxdur"

Bir neçə gün öncə ölkə mətbuatında İmişili Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevlə bağlı müəyyən iş adamları və o cümlədən də veteran futbolçu Maşallah Əhmədova istinadən xəbərlər yayılmışdı.

Yayılan xəbərlərdə bildirilirdi ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı veteran futbolçuya 2 milyon manat pul borcludur. Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən veteran futbolçu Maşallah Əhmədov bunları deyib: “Bu xəbərlər çıxanda mən Azərbaycanda deyildim. Vətənə qayıtdıqdan sonra saytlarda haqqımda belə bir xəbərin çıxdığını oxudum. Guya İmişli rayonu icra başçısı Vilyam Hacıyev mənə 2 milyon manat pul borcludur. İlk növbədə onu deyim ki, bu əsassız xəbərdir. Mən 2012-ci ildə İmişli rayonunda bəzi abadlıq işləri görmüşəm və pulumu da almışam. Samux və Göygöl rayolarında işləməmişəm. Yalnız İmişli rayonunda bəzi işlər görmüşük və pulumuzu da veriblər. İcra başçısı Vilyam Hacıyev mənim dostumdur. Sadəcə olaraq mən tanınmış adam olduğuma görə adımdan istifadə edib belə yalan xəbərlər yazıblar. Bir daha qeyd edirəm ki, Vilyam Hacıyevin mənə borcu yoxdur”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.