banner
banner

Gündəm

Dilqəmin oğlu: "Atamla görüşmək istəyirəm" - FOTOLAR

Dilqəmin oğlu:

Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun oğlu Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib

"Mən atamla görüşmək istəyirəm. Bu, mənim ən təbii haqqımdır".
Bunu ANS PRESS-ə açıqlamasında Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu söyləyib. O bildirib ki, artıq iki ay əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib: "Müraciətimə baxmayaraq onlar hələ də mənim istəyimə konkret cavab verməyiblər. Hə, yaxşı deyirlər, ancaq hələ də bir nəticə əldə olunmayıb", - deyə o, əlavə edib.
 
Atasını səhhəti ilə bağlı narahat olduğunu söyləyən Kürdoğlu lazım gələrsə atasının yanına gedə biləcəyini də söyləyib. 
 
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri İlahə Hüseynova ANS PRESS-ə açıqlamasında bu məsələyə münasibət bildirib. 
 
O, söyləyib ki, BQXK girovların ailə üzvləri ilə yalnız məktub vasitəsi ilə əlaqə yaradır. 
 
Dilqəm Əsgərovun oğlu Kürdoğlu
 
İ.Hüseynova digər komunikasiya vasitələrindən istifadə etmək üçün qarşılıqlı razılaşdırılmalı olduğunu diqqətə çatdırıb: "Bizə müraciət olunursa, o zaman qarşı tərəfə məlumatı çatdırırıq. Ancaq digər vasitələrlə ailə üzvlərinin əlaqəsini təşkil etmək yalnız razılaşdırılmış şəkildə olmalıdır", - deyə BQXK-nin rəsmisi söyləyib. 
 
Kəlbəcərdə öz doğma ata-baba torpaqlarına baş çəkən Dilqəm Əsgərov və Şahbaz Quliyev təxminən 1 il öncə girov götürülüb. 
 
Ötən il Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev, Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. 
 
Ermənilərin qətlə yetirdiyi Həsən Həsənov
 
Lakin onlar ermənilər tərəfindən girov götürülüblər. Həmin zaman Dilqəm və Şahbaz yaxalansa da, Həsən Həsənov qətlə yetirilib. Onun meyitinin əvvəlcə Xankəndində dəfn edildiyi deyilib. Lakin Azərbaycan tərəfinin başladığı danışıqlardan sonra qalıqlar bir neçə ay sonra geri qaytarılıb. 
 
Dekabr ayında kəlbəcərli girovlar üzərində qondarma məhkəmə qurulub. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə Dilqəm Əsgərovu ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edib. Hazırda onlar Şuşa həbsxanasında saxlanılırlar.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.