banner
banner

Hərbİ

Naxçıvanda taktiki təlimlər keçirilib

Naxçıvanda taktiki təlimlər keçirilib
Silahlı Qüvvələrin 2015-ci ilin döyüş hazırlığı planına əsasən bütün birlik və birləşmələrdə istənilən hava, məhdud görmə və relyef şəraitində intensiv döyüş atışlı taktiki təlimləri keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsi və Əlahiddə Ümumqoşun Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində də zəruri tədbirlər görülür.
Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələrinin şəxsi heyəti, zirehli texnikası, aviasiya vasitələri, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunlarının cəlb olunması ilə döyüş atışlı gecə taktiki təlimləri keçirilib.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.