banner
banner

Hərbİ

Naxçıvanda əsgərimiz günvurmadan ölüb - FOTO

Naxçıvanda əsgərimiz günvurmadan ölüb -
Naxçıvanda N saylı hərbi hissələrdən birində xidmət edən əsgərimiz vəfat edib. 
Musavat.com-un əldə etdiyi məlumata görə, əsgərin ölümünə səbəb günvurma olub. 
Hadisə dünən- iyulun 15-də baş verib. Ötən ilin oktyabrında hərbi xidmətə çağırılan İman İmanov xidmət etdiyi hərbi hissədə günvurmadan dünyasını dəyişib. 
Əslən Naxçıvan şəhərindən olan 1991-ci il təvəllüdlü İman İmanov 2008-ci ildə Naxçıvan Türk Liseyini bitirib. Ali təhsilini Türkiyədə İstanbul Texnik Universitetində alıb. Hərbi xidmətə getmək üçün Naxçıvana qayıdıb. 
Qeyd edək ki, havaların isti keçdiyi vaxt orduda xüsusi rejim tətbiq olunur. 
Bu barədə Müdafiə Nazirliyi mütəmadi olaraq məlumat yayır. Məlumatda havaların isti keçməsi ilə əlaqədar əsgərlərin kazarma şəraitində saxlanıldığı və günvurmadan qorunması üçün əlavə tədbirlərin görüldüyü bildirilir.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.