banner
banner

Gündəm

Azərbaycan Türkiyəni küsdürüb?

Azərbaycan Türkiyəni küsdürüb?

Türkiyə mətbuatı belə yazır, “Azərkosmos” ASC isə təkzib edir: “Türkiyə mətbuatı tezliklə təkzib xarakterli mətn yayacaq...”

Türkiyə Azərbaycana “Türksat”ın olduğu bölgələrdə ortaq peyk administratorluğu təklif edib, ancaq təklifinə rədd cavabı alıb. Peyk sahəsində, tarixi və mədəni yaxınlıq olan ölkələrlə müxtəlif əməkdaşlıq işləri edən “Türksat”la əlaqəli maraqlı bir detal ortaya çıxıb. 
Türkiyə mətbuatı “Qardaş ölkə Türkiyəni arxadan bıçaqlayıb!” başlıqlı bu xəbəri belə şərh edir: “Türkiyə Azərbaycana hər zaman arxa çıxdı. Amma bəzən istədiyi dəstəyi qardaş ölkədən ala bilmədi. Bunun son nümunəsi ”Türksat" peyki oldu. Türkiyə Azərbaycana “Ortaq peyk işlədək” təklifi etdi, onlar daha bahalı olan rəqib firmanı seçdi. Bu əməkdaşlıq bölgədə şirkətimizə qarşı təhdid ünsürləri meydana gətirib. Peyk texnologiyası və peyk xidmətləri mövzusunda olan hər işdə tarixi və mədəni bağların olduğu ölkələrlə müxtəlif mövzularda ortaqlıq işlərinin edildiyi hər kəsə məlumdur. Bu işlərlə həm tarixi və mədəni bağların daha da güclənməsi, həm də bölgə sabitliyinə qatqı təmin etmək məqsədi güdülür".
Lakin “Azərkosmos” ASC-nin mətbuat xidmətindən “Yeni Müsavat”a verilən məlumatda bildirilir ki, bu məlumatlar həqiqəti əks etdirmir. Xidmət əməkdaşlarının sözlərinə görə, ümumən onların “Türksat”la münasibətləri və əməkdaşlıqları olduqca yüksək səviyyədədir. Beynəlxalq konfranslarda əməkdaşlıqlar etdiklərini xatırladan xidmət sözçüsü həmçinin qeyd etdi ki, bu sayaq məlumatların haqdan qaynaqlandığını bilmirlər: “Bu xəbərlərdən sonra biz də əlaqə saxladıq. Onlar da belə yanlış məlumatların yayılmasından məyus olublar. Bu məlumatların haradan qaynaqlandığından da xəbərsizdirlər. Təkzib xarakterli mətn tezliklə yayılacaq”. 
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.