Xərçəng xəstəsi olan model: "Məni körpəm və ərim xilas etdi"
Yelizaveta Buloxova (Elizaveta Bulokhova) adlı model ağır xəstəlikdən əziyyət çəkir. Cia.az-ın Rusiya mediasına istinadən məlumatına görə, o, Kanadada hüquq təhsili alıb, daha sonra yaşadığı Torontodan Londona kollec oxumaq üçün köçüb. Təhsil aldığı illərdə parlaq karyerasını quraraq tanınmış model olub. Keçən iin mayında 24 yaşlı Bulaxova və 30 yaşlı sevgilisi Roman Trubetskoy Amsterdama istirahət etmək üçün gediblər. Onlar hiss edirlər ki, qızın çənəsinin sağ tərəfi tədricən şişməyə başlayıb. İyulda isə ağrı dözülməz hala çatıb. Müayinələrdən sonra məlum olub ki, Yelizaveta sümük xərçəngidir. Vəziyyət mürəkkəb olduğu üçün təcili cərrahiyə əməliyyatı keçirilir. Həmin vaxt gənc qadın həm də hamilə olub. 16 saatlıq əməliyyatdan sonra Yelizavetanın çənəsinin 95 faizi kəsilir. Həmin yerə ayağının və çiyninin sağ tərəfindən damarlar, sinir hüceyrələri və sümük transplantasiya edilir. Bundan bir müddət sonra onların oğlu dünyaya gəlir. Qadın bu haqda belə deyir: "Məni körpəm xilas etdi. O, mənə yaşamaq üçün ümid verdi. Hər şeyi onun üçün edirdim. Uşaqla o qədər məşğul idim ki, özümə acımağa vaxtım olmadı". Hazırda Yelizavetanın saçları uzanmağa başlayıb. Çənəsi əməliyyat olunduğu aşağı dişlərindən cəmi dördü qalıb. Bir neçə il sonra o, yenidən cərrahi əməliyyata girməli olacaq. Bütün bu müddət ərzində gənc qadının əri ondan ümidini kəsməyərək, bütün günü yanında olaraq həyat yoldaşına dəstək olub. Bulaxova ona hər zaman minnətdar olacağını deyir. Bu fotoları isə kanadalı fotoqraf Manolo Keron çəkib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.