banner
banner

Sosİal

Beş ayda 1156 əkiz doğulub

Beş ayda 1156 əkiz doğulub
Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 1156 əkiz, 33 üçəm körpə doğulub.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu il yanvar-may ayları ərzində Azərbaycanda 66,4 min körpə dünyaya göz açıb.
Komitədən verilən məlumatda qeyd olunur ki, ölkədə hər gün orta hesabla 440 körpə doğulub. Əhalinin hər 1000 nəfər hesabı ilə bu göstərici 16,9-dur. Doğulan körpələrin 53,6 faizi oğlanlar, 46,4 faizini qızlar təşkil edib. Körpələrin 706-sı əkiz, 18-i üçəm doğulub.
 
Qeyd edək ki, əvvəllər Azərbaycanda əkiz, xüsusilə üçəm uşaqların doğulması hallarına nadir hallarda təsadüf edilsə də, son illərdə belə uşaqlı ailələrin sayı artıb.
 
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2011-ci ildə 1506 əkiz, 33 üçəm, 2012-ci ildə 2176 əkiz, 39 üçəm, 2013-cü ildə 2270 əkiz, 42 üçəm, 2014-cü ildə 3148 əkiz, 60 üçəm doğulub. Ümumilikdə yalnız son 4 il ərzində Azərbaycanda 9100 əkiz, 174 üçəm dünyaya gəlib.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.