banner
banner

Gündəm

Daha bir məmur oğlundan qudurğanlıq...

Daha bir məmur oğlundan qudurğanlıq...

Azərbaycanda daha bir yüksək vəzifəli məmur oğlunun qudurğan hərəkəti qeydə alınıb. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsinin sədr müavini Gəray Fərhadovun oğlu küçənin ortasında “KaMaz” markalı avtomobil sürücüsünü döyüb. Hadisə Sumqayıt şəhərində baş verib. Sədr müavinin oğlu Elvin Fərhadov yolda ötmə əməliyyatı etmək istəyərkən “KaMaz” sürücüsü ona mane olub. Buna əsəbləşən Elvin Fərhadov dostları ilə birgə sürücünün qabağını kəsib, möhkəmcə əzişdirib. Nurlan adlı sürücü Sumqayıt şəhər Travmatoloji Xəstəxanasına yerləşdirilib. 

Hadisəni polis tərəfindən qeydə alınıb-alınmadığı barədə məlumat yoxdur. 

Qeyd edək ki, Azərbaycanda məmur övladlarının harın hərəkətləri ilə bağlı dəfələrlə ölkə başçısı səviyyəsində sərt xəbərdarlıqlar edilib.  Övladları qudurğan hərəkətlər edən məmurların cəzalandırılacağı qeyd olunub.

Xatırladaq ki, Gəray Fərhadov sədr müavini olsa da, əslində onun nəzarətində böyük maliyyə tutumu olan işlər var. Beləki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsi tərəfindən həyata keçirilən bütün tikintilər sözügedən şəxsin nəzarətindədir. 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.