Ötən aylarda həyat yoldaşı Sinem Bayraktutarla ayrılıq nöqtəsinə çatan, lakin daha sonra barışan müğənni-aktyor Kutsinin qızlarının fotoları yayılıb. Cia.az “Hürriyət”ə istinadən xəbər verir ki, şəkilləri sosial şəbəkədə sənətçinin xanımı paylaşıb. Qeyd edək ki, Kutsi fevralda qızı Lila doğulduqdan sonra küsülü olduğu xanımı ilə barışmış, evinə qayıtmışdı. Aktyorun adı aktrisa Feyza Çıpa ilə eşq dedi-qodularında hallanırdı.
Kutsi ilə Sinemin Ceylin adlı 5 yaşlı bir qızı da var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.