Bu barədə Gürcüstanın daxili işlər naziri Şalva Enukidze açıqlama verib.
O, təxribat gözlənildiyindən vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün polisin xüsusi tədbirlər gördüyünü bildirib.
Sərhəd kəndlərində polis nəzarəti gücləndirilib. Separatçı Cənubi Osetiya sərhədini qoruyan Rusiya hərbçiləri bu günlərdə sərhədi bir neçə yüz metr Gürcüstan ərazisinə tərəf çəkiblər.

Nəticədə yerli sakinlərin əkin sahələri bu əraziyə düşüb. Bununla yanaşı Bakı-Supsa kəmərinin 1600 metrlik hissəsi bu ərazidən keçir.
BMT və AŞPA yaranmış vəziyyətdən dərin narahatlıq keçirildiyini bildirib və tərəfləri təxribatlardan qaçmağa çağırıblar.



