banner
banner

Hərbİ

“Əsgərimiz günvurmadan ölməyib”- Rəsmi açıqlama

“Əsgərimiz günvurmadan ölməyib”-

Azərbaycan əsgəri günvurmadan dünyasını dəyişməyib. 

Cia.az-ın məlumatına görə, Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən mətbuat xidmətindən bildiriblər ki, bəzi kütləvi informasiya vasitələrində Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər İmanov İman Fətəli oğlunun guya günvurmadan dünyasını dəyişməsi barədə məlumatlar yayılıb: "Əslində isə tibbi ekspertizanın ilkin rəyinə əsasən əsgər İ.İmanov 15 iyul 2015-ci il tarixdə baş beyin kötüyündə törəmə (şiş) olması səbəbindən huşunu itirib. Dərhal tibbi yardımın göstərilməsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb".

Faktla əlaqədar hazırda müvafiq qaydada araşdırma aparılır.

Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində əsgər İmanov İman Fətəli oğlunun günvurmadan dünyasını dəyişdiyi bildirilirdi.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.