Almaniyaya mühacirət edən sabiq deputat Hüseyn Abdullayevin Bakının mərkəzində, Qaqarin körpüsünün yanında olan obyekti bu gün qəfildən uçub.
Bu məlumatı virtualaz.org saytına hadisə şahidləri veriblər. Onların sözlərinə görə, Yusif Səfərov küçəsində, 27 saylı orta məktəblə üzbəüzdə yerləşən ikimərtəbəli bina ofis kimi icarəyə verilibmiş. Bundan başqa həmin obyektin anbar kimi istifadə edilən geniş sahəsi olub.
Hazırda hadisə yerində tikinti texnikası işləyir, daş-beton qalaqları təmizlənir. Fəhlələr deyib ki, bina qəfldən uçub. Onlar bunun nədən baş verdiyini bilmirlər. Hüseyn Abdullayevin vəkili Kamandar Nəsibov açıqlamasında faktı təsdiqləyib.
Yada salaq ki, daha çox “Quska” kimi tanınan Hüseyn Abdullayevin Bakıda 500-dən çox obyekti var.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.