banner
banner

Sosİal

İnternetdə həkim axtarışı asanlaşdı

İnternetdə həkim axtarışı asanlaşdı

İstənilən xəstəlik üzrə həkim axtarışı asanlaşıb. Bundan sonra internetdə axtarış verməklə həkim haqqında məlumat toplamaq mümkün olacaq.

Bu barədə cia.az saytına Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat veriblər.

Xəbərdə deyilir ki, Səhiyyə Nazirliyinin daha bir xidməti “Elektron hökumət” portalına (e-gov.az) inteqrasiya edilib.

Nazirliyin “Həkim axtarış sistemi” ilə istənilən həkim haqqında məlumat əldə etmək mümkün olacaq. Beləliklə də xəstə müraciət edəcəyi həkimi əvvəlcədən tanıyacaq.

Bu xidmətin istifadəyə verilməsi ilə Səhiyyə Nazirliyinin portalda təqdim olunan elektron xidmətlərinin sayı 33-ə, portaldakı ümumi xidmətlərin sayı isə 422-yə çatıb.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.