Şoumen Cimmi Kimmelin proqramına qatılan aktrisa Şarliz Teron maraqlı etiraf edib. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 39 yaşlı ulduz ABŞ prezidenti Barak Obama ilə son görüşü haqqında danışıb:
"Onunla söhbətim zamanı çox gərgin idim, nitqimi idarə edə bilmirdim. Prezident demoqrafik vəziyyət haqda danışırdı. Mənsə ona cavab verməli idim. Özümü o qədər itirmişdim ki, ağlıma ilk gələn cümləni dedim, onu striptiz kluba dəvət etdim. Cümləni bitirdikdən sonra o qədər pərt olmuşdum ki...".
Qeyd edək ki, onun bu təklifini 53 yaşlı Obama nəzakətli şəkildə rədd edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.